Bu şikayət sənə necə təsir etdi? (Bir reaksiya seçə bilərsiz, təkrar klikləyib geri ala bilərsiz)
⚖️ Haqsız Cərimələr
İXM 327.2
Mənə Azərbaycan Respublikası İnzibati xətalar məcəlləsinin 327.2 maddəsi ilə xəta törətdiyim barədə qərar qəbul edilmişdir.Lakin hesab edirəmki qərar əsassızdır.
31 baxış
Yoxlanmamış istifadəçi paylaşımı: burada yazılan iddialar redaksiya tərəfindən fakt-yoxlamadan keçməyib və hüquqi məsləhət deyil.
Hadisə zamanı hərəkət etdiyim dairəvi yolayrıcında və mənim dairəyə daxil olduğum istiqamətdə “Yol verin”, “Baş yol” və ya digər üstünlük müəyyən edən yol nişanı mövcud olmayıb. Həmçinin hadisə ilə bağlı mənə hər hansı foto və ya video görüntü təqdim edilməyib.
Mən dairəvi yolayrıcına daxil olmağa başladığım zaman digər nəqliyyat vasitəsi dairənin qarşı tərəfində, mənim sol tərəfimdə hərəkət edirdi. Həmin nəqliyyat vasitəsinin dairədən çıxıb-çıxmayacağı və ya dairədə hərəkətini davam etdirərək mənim hərəkət trayektoriyamı kəsib-kəsməyəcəyi həmin anda müəyyən deyildi. Digər nəqliyyat vasitəsi tərəfindən də dönmə istiqamətini bildirən işıq siqnalı verilməmişdir.
Mən digər nəqliyyat vasitəsini gördükdə təhlükəsizliyi təmin etmək məqsədilə dərhal dayanmışam. Digər nəqliyyat vasitəsi də dayanmış və sürücüsü mənə hərəkət etməyim üçün şərait yaratmışdır. Bundan sonra mən hərəkətimi davam etdirərək yolayrıcından keçmişəm.
Beləliklə, mənim tərəfimdən digər nəqliyyat vasitəsinə təhlükə yaradılması və ya onun hərəkət üstünlüyünün pozulması baş verməmişdir. Mən əksinə, təhlükəsizliyi təmin etmək məqsədilə dayanmışam.
Qərarda isə mənim konkret olaraq hansı hərəkətlə və hansı üstünlük qaydasını pozduğum ətraflı əsaslandırılmayıb və hadisəni obyektiv təsdiq edən foto/video görüntü mənə təqdim edilməyib.
📝 Müəllifin şəxsi rəyi — saytın mövqeyini ifadə etmir
Şərhlər (0)
💬
Hələ şərh yoxdur. İlk şərh yazan sən ol!
⚖️ Oxşar Şikayətlər
Evakuator üzərində MMK qanunsuz cərimə tətbiq edir.
Evakuator üzərində daşınarkən sığortasız olduğuna görə cərimə tətbiq olunub. Avtomobil gömrük termin...
Anonim Sürücü
1 ay əvvəl
328.2 maddəsi ilə cərimə yazılıb
salam.hadisə yerindən radar görüntüləri sistemə vurulmayıb ad soyad olaraq da başqa adamın adı çıxıb...
Anonim Sürücü
1 ay əvvəl
327.8 - Mecəllənin 327.1-327.6, 328 ve 330-cu
Öncəliklə Salam Aleylum Mən 02.05.2025ci İldə Avto qəza etmişdim və Mən bu hanisəni Qarşı Tərəflə...
Anonim Sürücü
1 ay əvvəl
346.5 inz.xəta
Salam məhləyə girən yerdə saxladıgıma görə məni yol ayrıcı nda parklama kimi qeydə alıb cərimə yazıb...
Anonim Sürücü
1 ay əvvəl