Piyadalar üçün
Yol hərəkəti qaydalarına əsasən piyadanın vəzifələri və məsuliyyəti
Son yenilənmə: 11 Fevral 2026
Piyadanın Vəzifələri
Piyada:
Səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir. (İri əşyalar daşıyan və ya aparan piyadaların, habelə mühərriksiz əlil arabalarında gedən şəxslərin səki və ya yol qırağı ilə hərəkəti başqa piyadalar üçün maneə yaratdıqda, onlar yolun hərəkət hissəsinin kənarı ilə gedə bilərlər)
Dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidir.
Yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə nəqliyyat vasitələrinin hərəkəti istiqamətinə qarşı getməlidir. (Mühərriksiz əlil arabalarında hərəkət edən, motosiklet, moped, velosiped sürən şəxslər belə hallarda nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər)
Ümumi istifadədə olan nəqliyyat vasitəsini və taksini, yalnız yolun hərəkət hissəsindəki nisbətən azca hündürə qaldırılmış minik meydançalarında, onlar olmadıqda isə, səkidə və ya yol çiyinlərində gözləməlidir. (Azca hündürə qaldırılmış minik meydançalarının olmadığı dayanacaq məntəqələrində nəqliyyat vasitəsinə minmək üçün yolun hərəkət hissəsinə yalnız nəqliyyat vasitəsi dayandıqdan sonra çıxmağa icazə verilir)
Hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada svetoforunun, o olmadıqda isə, nəqliyyat svetoforunun işarəsini əsas tutmalıdır.
Yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdır.
Qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşdıqda, yolun hərəkət hissəsini keçməməlidir. Hərəkət hissəsində olanlar isə bu nəqliyyat vasitələrinə yol verməli və hərəkət hissəsini dərhal boşaltmalıdırlar.
Dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməlidir.
Görünmə zonasında keçid və ya yolayrıcı olmadıqda, ayırıcı zolaq olmayan və sədd çəkilməyən, hər iki tərəfdən yaxşı görünən sahələrdə hərəkət hissəsinin kənarına nisbətən yolu düzbucaq altında keçməlidir.
Sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissələrində yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda keçməlidir.
Nizamlanmayan piyada keçidləri
Piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər.
Keçidi başa çatdıra bilməyəndə
Keçidi başa çatdıra bilməmiş piyadalar nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidirlər. Piyadalar yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra və svetoforun (nizamlayıcının) siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilərlər.
Mütəşəkkil piyada dəstələri
Mütəşəkkil piyada dəstələrinə yalnız nəqliyyat vasitələrinin hərəkəti istiqamətində, yolun hərəkət hissəsinin sağ tərəfi ilə, bir sırada dörd nəfərdən çox olmayan dəstə ilə getməyə icazə verilir. Dəstənin qabağında və arxasında - sol tərəfdə müşayiətçilər olmalıdırlar.
Uşaq dəstələri
Uşaqları dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklərin müşayiəti ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə yol çiyini ilə aparmağa icazə verilir.
Piyadanın Məsuliyyəti
Maddə 338. Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması
- 338.1.1 Piyada svetoforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsi
- 338.1.2 Yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılması
- 338.1.3 Qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsi
Piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsi
- • Nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulması
- • Təhlükəsizlik kəmərinin bağlanılmaması
- • Motodəbilqənin geyilməməsi
- • Nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılması
- • Sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılması
- 338.4.1 - Svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsi
- 338.4.2 - Sərnişin və ya idarəetməyə mane olan yükün daşınması
- 338.4.3 - Yol nişanlarının və ya yolun nişanlanması tələblərinin pozulması
- 338.4.4 - Sükanı tutmadan və ya dəbilqəsiz idarə edilməsi
- 338.4.5 - Nasaz velosipeddən istifadə
- 338.4.6 - Piyadaların hərəkətinə maneə yaradılması
- 338.4.7 - Keçid üstünlüyü olan nəqliyyat vasitələrinə yol verilməməsi
- 338.5.1 - Mal-qaranın yolda nəzarətsiz qoyulması
- 338.5.2 - Mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi
- 338.5.3 - İşıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının sürülməsi
- 338.5.4 - At arabası idarə edərkən svetofor, nizamlayıcı və yol nişanlarına riayət edilməməsi
- 338.5.5 - Mal-qaranı qaranlıq vaxtı xüsusi ayrılmayan yerlərdən keçirmək
338.4 və 338.5-ci maddələrdə nəzərdə tutulmuş xətaların alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsi
338.4-338.6-cı maddələrdə nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya maddi zərər vurulması
Cərimələr Xülasəsi
| Pozuntu | Cərimə |
|---|---|
| Svetofor/nizamlayıcı işarəsinə riayət etməmək | 20 AZN |
| Yolu müəyyən olunmayan yerdən keçmək | 20 AZN |
| Təhlükəsizlik kəmərini bağlamamaq (sərnişin) | 30 AZN |
| Velosiped/moped qaydalarını pozmaq | 40 AZN |
| Sərxoş vəziyyətdə pozuntu | 70 AZN |
| Bədən xəsarəti və ya maddi zərər | 80-100 AZN |
Mənbə: Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi - dyp.gov.az