Nəqliyyat Vasitələrinin Qeydiyyatı
Mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi haqqında Əsasnamə
Son yenilənmə: 11 Fevral 2026
1. Ümumi Müddəalar
1.1. Əsasnamənin əsası
Bu Əsasnamə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan bütün mexaniki nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması qaydalarını müəyyən edir.
1.3. Dövlət qeydiyyatının məqsədi
Dövlət qeydiyyatı aşağıdakı məqsədlərlə həyata keçirilir:
- Nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması
- Nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması
- Nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması
- Rüsumların, inzibati cərimələrin ödənilməsi
- Nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması
- Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının təmin edilməsi
- Cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması
Qeyd
Nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir.
1.2. Qeydiyyatı Aparan Orqanlar
Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan nəqliyyat vasitələrini aşağıdakı orqanlarda qeydiyyatdan keçirməlidirlər:
Daxili İşlər Nazirliyi
Mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları
Yerli icra hakimiyyəti orqanları
Tramvaylar və trolleybuslar
Kənd Təsərrüfatı Nazirliyi
Traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən mexaniki nəqliyyat vasitələri
Fövqəladə Hallar Nazirliyi
Texnoloji nəqliyyat vasitələri və digər mexaniki nəqliyyat vasitələri
Gənclər və İdman Nazirliyi
Yarış məqsədli idman nəqliyyat vasitələri
Müdafiə Nazirliyi
Azərbaycan Ordusunun mexaniki nəqliyyat vasitələri
1.4. Qeydiyyat Müddətləri
Hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlarda aşağıdakı müddətlərdə qeydiyyatdan keçməlidirlər:
Əldə edildikdən sonra
Nəqliyyat vasitəsi əldə edildiyi vaxtdan 10 gün ərzində qeydiyyatdan keçirilməlidir
Yaşayış yeri dəyişdikdə
Fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan 10 gün ərzində
İpoteka müqaviləsi bağlandıqda
Nəqliyyat vasitələrinin ipoteka müqaviləsi bağlandığı vaxtdan 10 gün ərzində
Xarici dövlətdən gətirildikdə
Xarici dövlətlərdən gətirildikdə gömrük rəsmiləşdirilməsi keçdiyi vaxtdan 10 gün ərzində
Məlumatlar dəyişdikdə
Nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan 10 gün ərzində
1.8. Qadağalar
Azərbaycan Respublikasının ərazisində idarə edilməsi qəti qadağandır:
Qeydiyyatsız nəqliyyat vasitələri
Dövlət qeydiyyatından keçməyən və yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə gömrük öhdəçiliyi olmayan
Nişansız və ya saxta nişanlı nəqliyyat vasitələri
Dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə
1.9. Ödəniş
Bu Əsasnamədə nəzərdə tutulmuş dövlət rüsumu, habelə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində qanuni qüvvəyə minmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə yalnız aşağıdakı üsullarla ödənilə bilər:
Mənbə: dyp.gov.az - Baş Dövlət Yol Polisi İdarəsi