Yol Polisinin Gənc Köməkçiləri Dəstəsi
YPGKD - Küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin təbliğinə məktəbli uşaq və yeniyetmələrin cəlb edilməsi məqsədi ilə yaradılmış könüllü birlik
Son yenilənmə: 11 Fevral 2026
1. Ümumi Müddəalar
1.1. YPGKD nədir?
Yol Polisinin Gənc Köməkçiləri Dəstəsi (YPGKD) - küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin təbliğinə məktəbli uşaq və yeniyetmələrin cəlb edilməsi məqsədi ilə yaradılmış könüllü birliyidir.
1.4. Yaradılması
YPGKD ümumtəhsil məktəblərində, məktəbdənkənar müəssisələrdə, uşaq və yeniyetmələrin yaşadıqları ərazilərdə DYP və təhsil orqanları tərəfindən yaradılır.
1.5. İctimai təşkilatçılar
Ümumtəhsil məktəblərinin, məktəbdənkənar müəssisələrin rəhbərləri DYP orqanının vasitəçiliyi ilə müəllimlər, tərbiyəçilər, sürücü kadrları hazırlayan təhsil müəssisələrinin müəllimləri, habelə təqaüddə olan yol polisi əməkdaşları sırasından YPGKD ilə işin aparılması üçün ictimai təşkilatçıları seçirlər.
1.2. Əsas Məqsədlər
Vətənpərvərlik
Uşaq və yeniyetmələrdə vətənpərvərlik hisslərinin tərbiyə olunması
Mədəniyyət
Yüksək ümumi mədəniyyətin, eləcə də yol mədəniyyətinin formalaşdırılması
Kollektivçilik
Kollektivçilik hisslərinin, peşəkar meyllərin aşılanması
1.3. Əsas Vəzifələr
Yol-nəqliyyat hadisələrində uşaq travmatizminin səviyyəsinin aşağı salınması
Şagirdlərin tərbiyələndirilməsi və onlarda fəal həyat mövqeyinin formalaşdırılması istiqamətində məktəblərin fəaliyyətinə dəstək vermək
Küçə və yollarda təhlükəsiz davranış qaydalarının öyrənilməsi, YHQ-nın təbliği işinin aparılması qaydalarına yiyələnmə
Şagirdlərin yol-nəqliyyat hadisələri zamanı zərərçəkənlərə yardım göstərilməsi bacarığına yiyələnməsi
Şagirdlərdə hüququ düşüncə, ətrafdakılara qarşı hümanist münasibət, yoldaşlıq hisləri və digər mənəvi keyfiyyətlərin formalaşdırılması
2. Fəaliyyətin Əsas İstiqamətləri
2.1. Mənəvi keyfiyyətlər
YPGKD-nin üzvlərində igidlik, mübarizlik, əməksevərlik, vətənə dərin məhəbbət, vətəndaş cəmiyyətinə qarşı hümanist münasibət, yoldaşlıq hisslərinin formalaşdırılması
2.2. YHQ öyrənilməsi
Yol hərəkəti qaydalarının dərindən öyrənilməsi, uşaq yol-nəqliyyat travmatizminin profilaktikası və ilk tibbi yardımın göstəriləməsi qaydalarına yiyələnmə
2.3. Texniki vasitələr
Yol hərəkətini nizamlayan texniki vasitələrlə ümumi tanışlıq
2.4. Təbliğat işi
Texniki vasitələrdən istifadə edilməklə məktəblərdə, məktəbəqədər tədris və məktəbdənkənar müəssisələrdə yol hərəkəti qaydalarının təbliği ilə bağlı izahat işlərinin aparılması
2.5. Müsabiqələr
YPGKD-nin üzvlərinin müsabiqələrdə, baxışlarda, təşviqat briqadalarının yarışlarında, avtomeydançalarda fəaliyyətinin təmin edilməsi
2.6. Velosipedçilər
Gənc velosipedçilərlə işi effektiv şəkildə təşkil etmək
2.7. Texniki biliklər
Texniki biliklərə yiyələnmək, bu istiqamətdə keçirilən tədbirlərdə, gənc texniklərin işlərinin nümayiş etdirilməsində və texniki yaradıcılıq dərnəklərində iştirak etmək
3. İşin Təşkili və Strukturu
3.1. Üzvlük şərtləri
YPGKD-nin üzvü dəstənin işində fəal iştirak etmək arzusunda olan 10-16 yaşlı orta məktəb şagirdləri ola bilər.
3.2. Dəstə strukturu
Dəstə 10 nəfərdən az olmamaq şərti ilə yaradılır və manqalara bölünə bilər.
3.3. Qəbul prosesi
Dəstənin toplantısında şifahi müraciət
YHQ və YPGKD vəzifələrinə dair məşğələlər
Şifahi məqbulların verilməsi və üzvlüyə qəbul
Verilənlər: YPGKD-nin üzvünün vəsiqəsi, döş nişanı və qol şevronu
3.4. Rəhbərlik
YPGKD ilə işin aparılmasına daimi rəhbərliyi dəstənin ümumi iclasında seçilən YPGKD-nin qərargahı həyata keçirir. Qərargah öz heyətindən dəstə komandirini və manqa komandirlərini seçir. Azsaylı dəstələrdə yalnız dəstə komandiri seçilir.
4. Hüquq və Vəzifələr
4.1. Hüquqlar
4.2. Vəzifələr
5. Maddi-Texniki Təminat
Yol polisinin gənc köməkçiləri ilə işin aparılması üçün aşağıdakı xərclər DYP-nin büdcədənkənar vəsaitləri, müvafiq icra hakimiyyəti orqanları və digər hüquqi və fiziki şəxslərin ianə vəsaitləri hesabına həyata keçirilir:
Mənbə: dyp.gov.az - Baş Dövlət Yol Polisi İdarəsi