Yol Nişanları: Şəkillər və Mənaları
Azərbaycan yol hərəkəti qaydalarına uyğun yol nişanlarını şəkil, kod və kateqoriya üzrə öyrənin; hər nişanın izahına və əlaqəli testlərə keçin.
Hüquqi çərçivə: Baş Dövlət Yol Polisi İdarəsi və e-Qanun.
Ən çox axtarılan yol nişanları
Xəbərdarlıq nişanları
Xəbərdarlıq nişanları lazımi tədbirlər görülməsi tələb edən qarşıdakı təhlükə barədə sürücünü xəbərdar edir. Bu nişanlar heç bir məhdudiyyət qoymur.
| Kod | Təsvir | Lövhə |
|---|---|---|
| 1.1 |
|
Şlaqbaumlu dəmir yol keçidi
|
| 1.10 |
|
Sahilboyuna çıxış
|
| 1.11.1 |
|
Təhlükəli döngə (sağa)
|
| 1.11.2 |
|
Təhlükəli döngə (sola)
|
| 1.12.1 |
|
Təhlükəli döngələr (sağa)
|
| 1.12.2 |
|
Təhlükəli döngələr (sola)
|
| 1.13 |
|
Sərt eniş
|
| 1.14 |
|
Sərt yoxuş
|
Üstünlük nişanları
Üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə dar sahələrini keçmək növbəliliyini göstərir.
| Kod | Təsvir | Lövhə |
|---|---|---|
| 2.1 |
|
Baş yol
|
| 2.2 |
|
Baş yolun sonu
|
| 2.3.1 |
|
İkinci dərəcəli yolla kəsişmə
|
| 2.3.2 |
|
Sağdan ikinci dərəcəli yolun bitişməsi
|
| 2.3.3 |
|
Soldan ikinci dərəcəli yolun bitişməsi
|
| 2.4 |
|
Yol ver
|
| 2.5 |
|
Dayanmadan keçmək qadağandır
|
| 2.6 |
|
Qarşıdan hərəkətin üstünlüyü
|
Qadağa nişanları
Qadağa nişanları hərəkəti qadağan edən və ya məhdudlaşdıran nişanlardır.
| Kod | Təsvir | Lövhə |
|---|---|---|
| 3.1 |
|
Giriş qadağandır
|
| 3.10 |
|
Piyadaların hərəkəti qadağandır
|
| 3.11 |
|
Kütlənin məhdudlaşdırılması
|
| 3.12 |
|
Oxa düşən ağırlığın məhdudlaşdırılması
|
| 3.13 |
|
Hündürlüyün məhdudlaşdırılması
|
| 3.14 |
|
Enin məhdudlaşdırılması
|
| 3.15 |
|
Uzunluğun məhdudlaşdırılması
|
| 3.16 |
|
Minimum ara məsafənin məhdudlaşdırılması
|
Məcburi nişanlar
Məcburi nişanlar müəyyən hərəkət istiqamətlərini və ya hərəkət növlərini məcbur edən nişanlardır.
| Kod | Təsvir | Lövhə |
|---|---|---|
| 4.1.1 |
|
Düzünə hərəkət
|
| 4.1.2 |
|
Sağa hərəkət
|
| 4.1.3 |
|
Sola hərəkət
|
| 4.1.4 |
|
Düzünə və ya sağa hərəkət
|
| 4.1.5 |
|
Düzünə və ya sola hərəkət
|
| 4.1.6 |
|
Sağa və ya sola hərəkət
|
| 4.2.1 |
|
Maneəni sağdan keçmə
|
| 4.2.2 |
|
Maneəni soldan keçmə
|
Məlumatverici nişanlar
Məlumatverici nişanlar yaşayış məntəqələri, marşrutlar, xidmət obyektləri və digər məlumatlar haqqında informasiya verir.
| Kod | Təsvir | Lövhə |
|---|---|---|
| 5.1 |
|
Avtomagistral
|
| 5.12 |
|
Avtobusun və ya trolleybusun dayanacaq yeri
|
| 5.13 |
|
Tramvayın dayanacaq yeri
|
| 5.14 |
|
Minik taksilərinin dayanacaq yeri
|
| 5.15 |
|
Duracaq yeri
|
| 5.16.1 |
|
Piyada keçidi (sağ)
|
| 5.16.2 |
|
Piyada keçidi (sol)
|
| 5.17.1 |
|
Yeraltı piyada keçidi
|
Servis nişanları
Servis nişanları yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat verir.
| Kod | Təsvir | Lövhə |
|---|---|---|
| 6.1 |
|
İlk tibbi yardım məntəqəsi
|
| 6.10 |
|
Kempinq
|
| 6.11 |
|
Dincəlmə yeri
|
| 6.12 |
|
Yol polisinin daimi məntəqəsi
|
| 6.13 |
|
Polis hissəsi
|
| 6.15 |
|
Tualet
|
| 6.2 |
|
Xəstəxana
|
| 6.3 |
|
Yanacaqdoldurma məntəqəsi
|
Nişan pozuntuları və cərimələr
Konkret nişan pozuntusunun izahını və əlaqəli İXM maddəsini yoxlayın
Yol nişanları haqqında suallar
Yol nişanları neçə əsas kateqoriyaya bölünür?
Yol nişanları 7 əsas qrupa bölünür: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis və əlavə məlumat nişanları.
Nişanın mənasını necə tapa bilərəm?
Siyahıda nişanın koduna, şəklinə və adına baxın. Nişanı açdıqda onun izahını, tətbiq sahəsini və əlaqəli mövzuları görə bilərsiniz.
Yol nişanının cəriməsi necə müəyyən edilir?
Cərimə təkcə nişanın adına görə deyil, sürücünün hansı hərəkəti etməsinə və tətbiq olunan İnzibati Xətalar Məcəlləsi maddəsinə görə müəyyən edilir. Nişanın detal səhifəsində əlaqəli maddələri yoxlayın.
STOP və “Yol ver” nişanlarının fərqi nədir?
STOP nişanında sürücü dayanma xətti, o olmadıqda isə nişan qarşısında tam dayanmalıdır. “Yol ver” nişanında əsas tələb üstünlüyü olan nəqliyyat vasitəsinə yol verməkdir.
Yol nişanları üzrə testləri harada həll edə bilərəm?
Surucu.az-ın testlər bölməsində yol nişanları və yol hərəkəti qaydaları üzrə pulsuz sınaq suallarını həll edə bilərsiniz.
Yol nişanları üzrə vacib bələdçilər
Nişanların mənası, əlaqəli cərimələr və imtahana hazırlıq üçün ən faydalı keçidlər.
Yol nişanlarını yadda saxlamaq üçün məşq planı
Bir qrupu seçib mənasını öyrənin
Əvvəl xəbərdarlıq, qadağan və məcburi hərəkət nişanlarını ayrı məşq edin. Şəkli əzbərləməklə kifayətlənməyin: nişanın sürücüdən hansı hərəkəti tələb etdiyini öz sözlərinizlə izah edin. Əlavə lövhəcik olduqda tətbiq sahəsini də oxuyun.
Oxşar nişanları yanaşı müqayisə edin
Dayanma ilə durma, giriş qadağası ilə hərəkət qadağası kimi qarışdırdığınız mövzuları qeyd edin. Hər nişanın öz səhifəsində izahı oxuyub sonra həmin qrup üzrə testə keçin. Səhv etdiyiniz sualları məşq rejimində təkrar həll edin.
Növbəti gün yenidən sınayın
Məşq nəticəsi bu brauzerdə saxlanır. Testlər bölməsində qaldığınız yerdən davam edə bilərsiniz. Məqsəd yalnız yüksək faiz deyil, nişanı real yol vəziyyətində düzgün şərh etməkdir; testlər rəsmi imtahanın nəticəsi sayılmır.
Mənbələr:
Yol hərəkəti haqqında qanun