BDYPİ-nin Vəzifələri
Baş Dövlət Yol Polisi İdarəsinin əsas vəzifələri və fəaliyyət sahələri
Son yenilənmə: 11 Fevral 2026
Dövlət Yol Polisinin Əsas Vəzifələri
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin təşkili
DYP aparatlarının və hissələrinin fəaliyyətinə təşkilati-metodiki rəhbərliyin həyata keçirilməsi
Yol hərəkəti təhlükəsizliyinə aid qaydaların, standartların və texniki normaların işlənib hazırlanmasında iştirak edilməsi
Hüquqi və fiziki şəxslər tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununa riayət olunmasına nəzarətin həyata keçirilməsi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyasının iclasları üçün materialların hazırlanması, qəbul edilmiş qərarların yerinə yetirilməsi gedişinə nəzarət edilməsi
Yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin uçotunun aparılmasının təşkili
DYP hissələrinin texniki vasitələrlə təmin olunması, onların texniki cəhətdən saz saxlanılmasına nəzarət edilməsi
Yol hərəkəti qaydalarının pozulması barədə inzibati xətalar üzrə icraatın təşkili, inzibati tənbehlərin düzgün tətbiq edilməsinin təşkili və bu işə nəzarətin həyata keçirilməsi
Yol hərəkəti təhlükəsizliyi məsələləri üzrə hüquqi və fiziki şəxslərin müraciətlərinə baxılması
DYP hissələrinə xidmətlə bağlı əməli köməklik göstərilməsi, həvalə olunmuş vəzifələrin icrasına nəzarətin təmin edilməsi
DYP əməkdaşları barədə daxil olmuş müraciətlərə baxılması, şikayətlərə səbəb olan neqativ halların qarşısının alınması üçün tədbirlər görülməsi
Avtomobil yollarda yol hərəkətini nizamlayan texniki vasitələrin quraşdırılmasının təşkili
Nəqliyyat vasitələrinin axtarışı işinin təşkili və bu işdə digər xidmətlərlə qarşılıqlı əlaqələrin təmin edilməsi
Avtonəqliyyat vasitələrinin və qoşquların dövlət texniki baxışının və qeydiyyatının keçirilməsinin, dövlət nömrə nişanlarının verilməsinin, sürücülük vəsiqəsinin verilməsinin təşkil edilməsi
Yol hərəkətinin təhlükəsizliyi məsələləri üzrə elmi-tədqiqat işlərinin aparılmasında iştirak edilməsi
Nəqliyyat vasitələrinin müayinə olunması, onların texniki layihə sənədləri barədə rəylərin verilməsi işinin təşkili
Büdcə və büdcədənkənar vəsaitlər hesabına yol hərəkəti təhlükəsizliyinin təmin olunması tədbirlərinin müəyyənləşdirilməsi
Yol nişanlarının və göstəricilərin quraşdırılmasını, xüsusi məhsulların sifarişinin və istehsalının təmin edilməsi
Yol Hərəkətinin Təşkili Sahəsində
Avtomobil yollarının, küçələrin, dəmir yolu keçidlərinin yol hərəkəti üçün təhlükəsiz vəziyyətdə saxlanılmasının təşkili
Respublika və yerli əhəmiyyətli yolların tikintisi layihələrinə yol hərəkəti təhlükəsizliyi baxımından rəy verilməsi
Yeni və yenidən qurulmuş yolların, yol qurğularının istismara qəbulu üzrə dövlət komissiyalarının işində iştirak edilməsi
Yol hərəkətini tənzimləyən və ona nəzarət edən texniki vasitələrin hazırlanması üçün sifarişlər verilməsi
Texniki tənzimləmə vasitələrinin quraşdırılması, istismarı üzrə DYP-nin ixtisaslaşdırılmış bölmələrinin fəaliyyətinə rəhbərlik
Yol hərəkətini tənzimləyən texniki vasitələrin yeni konstruksiyalarının sınağında və istismara qəbulunda iştirak edilməsi
Tırtıllı, uzun ölçülü, iriqabaritli, ağır çəkili və ya təhlükəli yüklər daşıyan nəqliyyat vasitələrinin hərəkətinin təşkili
DYP-nin mühafizə olunan duracaqlarının yaradılmasının təşkili
İctimai nəqliyyatın hərəkət marşrutlarının hərəkətin təhlükəsizliyi baxımından razılaşdırılması
Yol Hərəkətinə Nəzarət Sahəsində
Nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi, hərəkət iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulmasının aşkarı və qarşısının alınması
Yol hərəkəti qaydalarını pozan hərəkət iştirakçılarının qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunması işinin təşkili
Pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının mərkəzləşdirilmiş kompüter uçotunun aparılması
Yol patrul xidmətinin təşkili və bu işə nəzarət edilməsi, yol patrul xidmətinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanması
Yol-nəqliyyat hadisələri yerində DYP hissələri tərəfindən təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi və zərər çəkənlərə həkimə qədər yardım edilməsinin təşkili
Nəqliyyat dəstələrinin müşayiət olunması işinin təşkil edilməsi
Zədələnmiş və sahibsiz qalmış nəqliyyat vasitələrinin müəyyən edilmiş yerlərə aparılmasının təşkili
Digər xüsusi xidmət orqanları ilə birgə xüsusi təyinatlı nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmini işinin təşkili
Avtonəqliyyat Vasitələrinin Axtarışı Sahəsində
Axtarış işinin təşkili
Qaçırılmış, oğurlanmış və hadisə yerindən yayınmış avtonəqliyyat vasitələrinin DYP hissələri tərəfindən axtarışı (o cümlədən «isti izlərlə») işinin təşkili
Təhlil və tövsiyələr
Nəqliyyat vasitələrinin qeyri-qanuni yollarla əldə edilməsi, qaçırılması, sökülməsi, gizlədilməsi və leqallaşdırılması ilə bağlı törədilən hüquqpozmalarla əlaqədar vəziyyətin təhlili və ümumiləşdirilməsi
Avtomatlaşdırılmış uçot
Qeydiyyata alınan, axtarılan və sahibsiz nəqliyyat vasitələrinin, eləcə də oğurlanmış, itirilmiş qeydiyyat sənədlərinin avtomatlaşdırılmış uçotunun aparılması
«Sipər» sistemi
«Sipər» əməliyyat-axtarış sisteminə daxil olan nəzarət postlarının fəaliyyətinin təşkili, İnterpolun Milli Mərkəzi Bürosu ilə qarşılıqlı əlaqədə AMAS-ın təmin edilməsi
Avtonəqliyyat Vasitələrinə Texniki Nəzarət Sahəsində
Hüquqi və fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə idarə edilməsinə nəzarətin təmini
Avtonəqliyyat vasitələrinə dövlət texniki baxışın vaxtında və keyfiyyətlə keçirilməsinin təşkili
Yol hərəkətinə dair ekoloji tələblərin təmin edilməsi sahəsində tədbirlərin həyata keçirilməsi
Yeni hazırlanan nəqliyyat vasitələrinin konstruksiyalarının razılaşdırılması, istismara buraxılması haqqında rəy
Nəqliyyat vasitələrində reklamın yayılmasına müvafiq qaydada razılıq verilməsi
Müəyyən olunmuş qaydalara uyğun xüsusi və işıq siqnallarının quraşdırılmasına icazə verilməsi
Hərəkətin Təhlükəsizliyinin Təbliği Sahəsində
Kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə hərəkətin təhlükəsizliyinin təbliği üzrə işin səmərəsini yüksəltmək sahəsində tədbirlər hazırlanması, əhalinin yol hərəkəti sahəsində mövcud qanunvericiliklə əlaqədar maarifləndirilməsi
Məktəbəqədər müəssisələrdə, məktəblərdə və tədris müəssisələrində yol hərəkəti qaydalarının öyrənilməsinə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə tədris proqramlarının hazırlanmasının təşkili
Uşaq yol-nəqliyyat travmatizminin qarşısını almaq üzrə tədbirlər keçirilməsində nazirliklərə, idarələrə və başqa təşkilatlara yardım göstərilməsi
Dövrü mətbuatda, radio və televiziyada yol hərəkəti təhlükəsizliyinin təbliğinin təşkil edilməsi
Yol hərəkəti qaydalarının təbliği və nəqliyyat vasitələri sürücülərinin şəxsi məsuliyyətinin artırılması sahəsində ictimai qurumlarla əlaqələr yaradılması
Avtomotonəqliyyat Vasitələrinin Uçotu, Qeydiyyatı və Sürücülərin Hazırlanması Sahəsində
Dövlət qeydiyyatı
Respublika üzrə avtonəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının dövlət qeydiyyatından keçirilməsi, dövlət qeydiyyatı üzrə uçota alınması və uçotdan çıxarılması işinin təşkili
Sürücülük vəsiqəsi
Sürücülər hazırlayan tədris müəssisələrinin qeydiyyatının aparılması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən nəzəri və təcrübi imtahanların qəbul edilməsi, imtahanlardan müvəffəqiyyətlə keçənlərə sürücülük vəsiqəsinin verilməsi
Tədris müəssisələri
Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması işini həyata keçirən məktəb və kursların qeydiyyata alınması, tədris proqramlarının razılaşdırılması və fəaliyyətinə mütəmadi nəzarət
Qeydiyyat hərəkətləri
Dövlət qeydiyyat nişanlarının və qeydiyyat şəhadətnamələrinin verilməsi, özgəninkiləşdirilən nəqliyyat vasitələrinin sənədləşdirilməsi, təkrar qeydiyyatın aparılması, nəqliyyat vasitəsinin girov müqaviləsinin qeydiyyata alınması
Xüsusi məhsul istehsalı
Qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və sürücülük vəsiqəsinin nümunələrinin hazırlanması, digər xüsusi məhsul və avadanlıqların istehsalının həyata keçirilməsi
Nəqliyyat satışı
Nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin satışı ilə məşğul olan hüquqi şəxslərin və istehsalçı müəssisələrin uçotunun aparılması, «tranzit» nişanları ilə təchiz olunması
Mənbə: dyp.gov.az - Baş Dövlət Yol Polisi İdarəsi