⚖️ Haqsız Cərimələr İXM 346-1.1.

Mənə əsilsiz şəkildə smsradar.azdan Madde 346-1.1. ilə 20 azn cərimə gəlib.

Sürücü 47 baxış
Yoxlanmamış istifadəçi paylaşımı: burada yazılan iddialar redaksiya tərəfindən fakt-yoxlamadan keçməyib və hüquqi məsləhət deyil.
Mənə  əsilsiz şəkildə smsradar.azdan Madde 346-1.1. ilə 20 azn cərimə gəlib.
AYN2446922 nömrəli inzibati cərimə qərarından şikayət edirəm. 08.09.2026 tarixində Əhmədli, Sarayevo küçəsində **-**-*** dövlət qeydiyyat nişanlı avtomobilimi park etmişəm. Həmin gün saat 19:47:23-də AzParking tətbiqində parklanma sessiyası başlamış, 20:44:17-də başa çatmışdır. Parklanma üçün 0,30 AZN ödəniş edilmişdir. Sifariş ID-si 99707248-dir. Lakin mənə 08.09.2026 saat 20:14:03-də, yəni parklanma sessiyam aktiv olduğu vaxtda, AYN2446922 nömrəli, 20 AZN məbləğində “Parklanma qaydalarının pozulması” cəriməsi tətbiq edilib. Parklanma haqqını vaxtında ödəmişəm və cərimə yazıldığı anda aktiv parklanma sessiyam mövcud olub. Tətbiqdə seçilmiş parklanma məntəqəsi ilə qərarda göstərilən məntəqənin fərqli olması ərazi kodunun səhv seçilməsi ilə bağlıdır. Xahiş edirəm, AzParking sistemindəki 19:47:23–20:44:17 tarixli aktiv sessiyanın və 0,30 AZN ödənişin yoxlanılmasını və bu hallar nəzərə alınaraq AYN2446922 nömrəli cərimə qərarının ləğv edilməsini təmin edəsiniz.

Bu şikayət sənə necə təsir etdi? (Bir reaksiya seçə bilərsiz, təkrar klikləyib geri ala bilərsiz)

📝 Müəllifin şəxsi rəyi — saytın mövqeyini ifadə etmir

Şərhlər (0)

💬

Hələ şərh yoxdur. İlk şərh yazan sən ol!

Sənin də şikayətin var?

Anonim olaraq paylaş - başqa sürücülərə kömək et

Şikayət Yaz →
Cərimə gəldi? Maddə yoxla