Bu şikayət sənə necə təsir etdi? (Bir reaksiya seçə bilərsiz, təkrar klikləyib geri ala bilərsiz)
⚖️ Haqsız Cərimələr
**-**-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı AR İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi
21 baxış
Yoxlanmamış istifadəçi paylaşımı: burada yazılan iddialar redaksiya tərəfindən fakt-yoxlamadan keçməyib və hüquqi məsləhət deyil.
Mənim mülkiyyətimdə/istifadəmdə olan **-**-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı AR İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə parklanma qaydalarının pozulmasına görə barəmdə ___________ tarixli, ______________ nömrəli elektron qərar (protokol) tərtib edilmiş və 20 (iyirmi) manat məbləğində cərimə tətbiq olunmuşdur.
Bildirmək istəyirəm ki, sözügedən tarixdə mən idarə etdiyim avtomobili 30195 nömrəli ödənişli parklanma ərazisində saxlamış və parklanma haqqını vaxtında ödəmək məqsədilə dərhal 0181 qısa nömrəsinə SMS sorğusu göndərmişəm.
Lakin SMS yazarkən məndən asılı olmayan ani diqqətsizlik və texniki səhv səbəbindən avtomobilin tam nömrəsi (**-**-***) əvəzinə səhvən sonuncu rəqəm ötürülərək **-**-*** kimi yazılmış və sistem tərəfindən parklanma xidməti başladılmışdır. Həmin SMS tarixçəsi və ödəniş faktı mobil operatorun çıxarışında da aydın şəkildə görünür.
Bu fakt sübut edir ki, mənim parklanma haqqını ödəməkdən yayınmaq niyyətim olmamış, qanunvericiliyin tələblərinə uyğun olaraq ödəniş icra edilmiş, sadəcə mexaniki yazı xətası baş vermişdir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu (Təqsir prinsipi) maddəsinə əsasən, şəxs yalnız törətdiyi inzibati xətaya görə təqsirli bilindikdə inzibati məsuliyyətə cəlb olunur. Baş vermiş hadisədə qəsdən yayınma halı yoxdur, aşkar texniki (yazı) səhvi mövcuddur.
Qeyd olunanları və parklanma haqqının faktiki olaraq mənim tərəfimdən ödənildiyini nəzərə alaraq,
XAHİŞ EDİRƏM:
Barəmdə AR İXM-nin 346-1.1-ci maddəsi ilə tətbiq edilmiş cərimə qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
📝 Müəllifin şəxsi rəyi — saytın mövqeyini ifadə etmir
Şərhlər (0)
💬
Hələ şərh yoxdur. İlk şərh yazan sən ol!
⚖️ Oxşar Şikayətlər
EQ39964698, EQ39964697, EQ36831167, EQ36830517, EQ37361387, EQ37361382, ,
Salam. Mən fərid məmmədov füqair oqlu. İyul ayından bəri dəfələrcə müraciətlərim olmuşdur. Haqsız cə...
Anonim Sürücü
3 həftə əvvəl
maddə 346.5
Bakı Şəhər Baş Polis İdarəsinin Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisinə...
Anonim Sürücü
1 ay əvvəl
maddə 346.5.
Mən, Həsən Əsgərov, 2026-08-11 tarixində Suraxani rayon Hövsan qəsəbəsi ünvanında tərtib edilmiş EQ3...
Anonim Sürücü
1 ay əvvəl
maddə 346.5.
Mən, Həsən Əsgərov, 2026-08-11 tarixində Suraxani rayon Hövsan qəsəbəsi ünvanında tərtib edilmiş EQ3...
Anonim Sürücü
1 ay əvvəl