Yadda saxladıqlarım və test irəliləyişim

DYP xidmət bələdçisi

Cərimə protokolu yoxlamaq

Protokol nömrəsi və qərar məlumatları ilə cərimənin statusunu necə dəqiqləşdirmək olar.

Nə etmək lazımdır?

1

Protokolun tarixi, maddəsi və məbləğini müqayisə edin

2

Foto/video sübut varsa, etiraz müddətini qaçırmayın

3

Qərar qüvvəyə minəndən sonra ödəniş müddətləri başlayır

Ödəniş və hüquqi müddətlərdə əsas qayda: səlahiyyətli orqanın qərarı qanuni qüvvəyə mindikdən sonra 10 təqvim günü ərzində icra edilərsə 10% güzəşt tətbiq edilir, 30 gündən sonra isə hər gecikdirilmiş gün üçün 1% dəbbə pulu riski var.

Protokol, qərar və foto sübutu necə tutuşdurmaq olar?

Nömrəni tam köçürün

Bildirişdəki seriya və nömrəni, tarix və avtomobil məlumatını olduğu kimi qeyd edin. DİN-in rəsmi elektron xidmətindən uyğun axtarış növünü seçin. Portalın tələb etdiyi əlavə məlumatlar olmadan tək protokol nömrəsinin kifayət edəcəyinə güvənməyin.

Görüntü ilə qərarı müqayisə edin

İş materialında foto və ya video təqdim olunubsa, dövlət nömrəsini, vaxtı, yeri və göstərilən hərəkəti müqayisə edin. Ekran görüntüsünü tarixlə birlikdə saxlayın. Görüntünün açılmaması öz-özlüyündə qərarın ləğv olunduğunu göstərmir; materiallarla tanışlıq üçün aidiyyəti orqana müraciət edin.

Etiraz üçün faktları toplayın

Etiraz səbəbini konkret yazın: nömrə uyğun deyil, məkan fərqlidir, nişan görünmür və ya hərəkət səhv təsvir edilib. Qərarın sizə çatdırılma tarixini saxlayın və müraciət müddətini qərara tətbiq olunan qayda üzrə yoxlayın. Göndərdiyiniz müraciətin qəbul nömrəsini itirməyin.

Cərimə gəldi? Maddə yoxla