İXM 346 klasteri

Dayanma-durma və parklanma cərimələri

İkinci sırada saxlama, səkidə parklanma, avtobus dayanacağı və ümumi dayanma-durma pozuntuları bir-birinə oxşar görünür, amma protokolda yazılan maddə, məbləğ və etiraz əsası fərqli ola bilər.

Maddə Pozuntu Cərimə Bal Nə vaxt yazılır?
346.1 Dayanma-durma qaydalarının ümumi pozulması 20 AZN Bal yoxdur Ümumi dayanma və durma qaydası pozulanda. Maddəyə bax
346.2 Avtobus dayanacağında və ona 15 metrdən yaxın dayanma-durma 40 AZN 2 bal İctimai nəqliyyat dayanacağında durma/parklanma iddiasında. Maddəyə bax
346.4 İkinci sırada və sonrakı cərgələrdə dayanma-durma 80 AZN 2 bal İkinci sırada dayanma və ya yolu bağlayan parklanma halında. Maddəyə bax
346.9 Səkilərdə dayanma və ya durma 60 AZN 2 bal Səki, piyada hərəkəti zonası və oxşar yerlərdə parklanma iddiasında. Maddəyə bax
346-1.1 Ödənilməmiş parklanma haqqı ilə parklanma yerini tərk etmə 20 AZN Bal yoxdur Ödənişli parklanma qaydası və parklanma haqqı ilə bağlı hallarda. Maddəyə bax

Foto sübutda nə yoxlanır?

  • Avtomobil nömrəsi və yer aydın görünürmü?
  • Nişan və yol nişanlanması foto ilə sübut olunurmu?
  • Tarix, saat və ünvan protokolla üst-üstə düşürmü?

Etiraz üçün əsaslar

  • Maddə faktiki hadisəyə uyğun deyil.
  • Nişan görünmür və ya tətbiq sahəsi mübahisəlidir.
  • Avtomobil məcburi dayanma şəraitində olub.

Ödəniş və gecikmə

  • Qərarın qüvvəyə minmə tarixini ayrıca yoxlayın.
  • Səlahiyyətli orqanın qərarı 10 gün ərzində icra edilərsə, 10% güzəşt tətbiq edilir.
  • 30 gündən sonra dəbbə pulu riski yaranır.
Cərimə gəldi? Maddə yoxla